BAKI, 18 iyul. TELEQRAF

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib.

Teleqraf xəbər verir ki, SEPAH-ın açıqlamasına görə, hücum nəticəsində ABŞ-yə məxsus pilotsuz uçuş aparatlarının (PUA) saxlanıldığı anbar vurulub. Qurum həmçinin iddia edib ki, İrana qarşı hədəflərin müəyyənləşdirilməsi üçün istifadə olunan "əsas süni intellekt mərkəzi" tamamilə məhv edilib.

Bildirilib ki, hücum zamanı İran Silahlı Qüvvələri ballistik raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə edib.

SEPAH-ın iddiaları ilə bağlı ABŞ və ya Bəhreyn rəsmiləri hələlik açıqlama verməyiblər.