BAKI, 18 iyul. TELEQRAF

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirilən növbəti hərbi zərbələr silsiləsinin başa çatdığını bəyan edib.

Teleqraf xəbər verir ki, CENTCOM-un "X" sosial şəbəkəsində yaydığı məlumata görə, ABŞ qüvvələrinin hücumları ardıcıl yeddinci gecə davam edib.

Bildirilib ki, əməliyyat zamanı müşahidə məntəqələri, hərbi logistika infrastrukturu, yeraltı silah arsenalı və İran Hərbi Dəniz Qüvvələrinə aid obyektlər hədəfə alınıb.