BAKI, 17 iyul. TELEQRAF

2026-cı ilin iyununda may ayı ilə müqayisədə Bakıda qeyri-yaşayış obyektləri bazarında qiymətlər artıb.

Bu barədə Teleqraf-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən bildirilib.

Məlumata görə, iyunda qeyri-yaşayış obyektləri bazarında ən yüksək qiymət artımı 2,6%-lik göstərici ilə Səbail rayonunda qeydə alınıb.

Nəsimi rayonunda qeyri-yaşayış obyektləri 2,5%, Yasamalda 2,4%, Nərimanovda 2,3%, Xətaidə 2,1%, Nizamidə 2%, Binəqədidə 1,8%, Sabunçu və Suraxanıda 1,7%, Qaradağ və Xəzər rayonlarında 1,5%, Pirallahıda isə 1,3% bahalaşıb.