BAKI, 18 iyul. TELEQRAF

İranın Səudiyyə Ərəbistanında yerləşən ABŞ hərbi bazasına ballistik raket buraxdığı ehtimal edilir.

Teleqraf xəbər verir ki, Bu barədə Axios portalının jurnalisti Barak Ravid ABŞ administrasiyasının nümayəndəsinə istinadən X sosial şəbəkəsində məlumat yayıb.

"İran Səudiyyə Ərəbistanındakı ABŞ hərbi bazasına ballistik raket buraxıb", - deyə jurnalist bildirib.

Onun sözlərinə görə, bu, İranın təxminən dörd ay ərzində Səudiyyə Ərəbistanı ərazisinə ilk birbaşa zərbəsi olub.

Məlumatla bağlı İran, ABŞ və Səudiyyə Ərəbistanının rəsmi qurumlarından hələlik əlavə açıqlama verilməyib.