BAKI, 18 iyul. TELEQRAF
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə yerləşən ABŞ-ın Şeyx İsa hərbi bazasına pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, SEPAH-ın məlumatına görə, hücum zamanı təyyarə anqarları, yanacaq çənləri və rabitə qovşaqları hədəfə alınıb.