BAKI, 18 iyul. TELEQRAF

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı dəniz blokadasının bərpasından sonra ilk üç gün ərzində dörd kommersiya gəmisinin marşrutunun dəyişdirildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində paylaşım edib.

Məlumata görə, iyulun 14-də bərpa edilən dəniz blokadasından sonra ABŞ hərbçiləri ilk üç gün ərzində dörd kommersiya gəmisinin marşrutunu dəyişdirib, bir gəmini sıradan çıxarıb və blokada rejiminə əməl olunmasını təmin etmək məqsədilə digər bir gəminin göyərtəsinə çıxıblar.

Qeyd olunub ki, bu tədbirlər İrana qarşı tətbiq olunan dəniz blokadasının icrasını təmin etmək məqsədi daşıyır.