BAKI, 18 iyul. TELEQRAF
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin cənubunda ABŞ-a məxsus RQ-11 Raven kəşfiyyat pilotsuz uçuş aparatını vurduğunu bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə İranın "Press TV" telekanalı məlumat yayıb.
Məlumata görə, pilotsuz uçuş aparatı SEPAH bölmələri tərəfindən İranın cənub bölgələrində vurulub. Bildirilir ki, iddianı təsdiqləmək məqsədilə vurulduğu deyilən dronun fotoları da yayımlanıb.
Bundan əvvəl SEPAH "Nəsr-2" əməliyyatının 17-ci mərhələsi çərçivəsində Bəhreyndə ABŞ-yə məxsus pilotsuz uçuş aparatlarının saxlanıldığı anbara zərbə endirdiyini açıqlamışdı.