BAKI, 18 iyul. TELEQRAF
ABŞ İranın Əhvaz şəhəri yaxınlığına raket zərbəsi endirib.
Teleqraf xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.
Məlumata görə, zərbənin hədəfi və nəticələri ilə bağlı hələlik ətraflı informasiya açıqlanmayıb.
Agentlik həmçinin İranın cənubunda yerləşən Lar şəhərinin ətrafında da partlayışların baş verdiyini bildirib.