BAKI, 15 iyul. TELEQRAF
Cari ilin yanvar-iyun aylarında Azərbaycana 14 milyon 442.23 min ABŞ dolları dəyərində 547 ədəd elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi idxal edilib.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici miqdar ifadəsində 41,12%, dəyər ifadəsində isə 54,3% azdır.
Ötən ilin müvafiq dövründə isə Azərbaycana 31 milyon 625.36 min dollar dəyərində 929 elektrikli avtomobil idxal edilib.
Qeyd edək ki, 2026-cı ilin birinci yarısında ölkəyə ümumilikdə 675 milyon 957.61 min dollar dəyərində 33 min 772 ədəd avtomobil idxal edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu avtomobillərin idxalı miqdar ifadəsində 34,7%, dəyər ifadəsində isə 29,6% azalıb.