BAKI, 18 iyul. TELEQRAF

ABŞ hərbçilərinin İranın Buşehr vilayətində yerləşən Çoqadək şəhərinə zərbə endirdiyi bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə IRNA agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Agentlik həmçinin İranın Xuzistan vilayətinin Omidiyə şəhərində də partlayış baş verdiyini bildirib.

Hadisələrlə bağlı ABŞ tərəfindən hələlik rəsmi açıqlama verilməyib.