BAKI, 18 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Argentina, Portuqaliya və İngiltərə milli komandalarının kapitanları Lionel Messi, Kriştianu Ronaldu və Harri Keynin futbol üzrə 2026-cı il dünya çempionatındakı oyunlarını yüksək qiymətləndirib.

Teleqraf xəbər verir ki, Tramp Manhettendəki "Trump Tower" binasında Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino ilə görüşdə Messinin çıxışını xüsusi qeyd edib.

"Messi nə qədər də yaxşıdır. O, Kanzas-Sitidə het-trik müəllifi oldu. Mənim başa düşdüyümə görə, het-trik çox nadir hadisədir", - deyə ABŞ lideri bildirib.

Tramp həmçinin Kriştianu Ronaldunu böyük futbolçulardan biri adlandırıb və onunla tanış olduğunu, yaxşı insan olduğunu vurğulayıb.

ABŞ Prezidenti İngiltərə millisinin hücumçusu Harri Keynin də oyununu yüksək qiymətləndirib. O, Keynin əla çıxış etdiyini bildirib və futbolçunun müdafiədə oynadılmasını səhv qərar hesab etdiyini deyib.

2026-cı il dünya çempionatının final qarşılaşması iyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatında keçiriləcək. Finalda Argentina və İspaniya milliləri üz-üzə gələcək. Argentina millisi turnirin hazırkı qalibidir.

Daha əvvəl bildirilib ki, çempion komandaya kuboku Donald Tramp təqdim edəcək.