BAKI, 15 iyul. TELEQRAF
Sabah Bakının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Bu barədə Teleqraf-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun Xocalı və 8 Noyabr prospektlərinin, Babək prospektinin bir hissəsinin, A. İsmayılov, N. Rəfiyev, S. Orucov, İ. Orucov, M. Mehdizadə, S. Vəzirov və S. Senyuşkin küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.