BAKI, 15 iyul. TELEQRAF
İqtisadiyyat naziri Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin müavini və iqtisadiyyat naziri Denisa Sakova ilə görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın inkişafını müzakirə edib.
İqtisadiyyat Nazirliyindən Teleqraf-a verilən məlumata görə, görüşdə yüksək səviyyəli təmasların və iqtisadi dialoqun ikitərəfli əməkdaşlığın genişlənməsinə verdiyi töhfə, həmçinin bu istiqamətdə qarşılıqlı təşəbbüslərin önəmi vurğulanıb.
Tərəflər biznes və ticarət əlaqələrinin fəal dəstəklənməsi, enerji tədarükünün şaxələndirilməsi, sənaye, turizm, rəqəmsallaşma sahələrində birgə fəaliyyətin və investisiyaların təşviqi imkanlarını müzakirə edblər.