BAKI, 17 oktyabr. TELEQRAF

2026-cı il üzrə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 94 milyon 600 min manat məbləğində müəyyən olunub.

Teleqraf xəbər verir ki, bu barədə, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.

Büdcə kəsirinin maliyyələşdirilməsi özəlləşdirmədən daxilolmalar, həmçinin daxili və xarici borclanma, eləcə də 2026-cı il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabının sərbəst qalığı hesabına həyata keçiriləcək.