BAKI, 17 oktyabr. TELEQRAF
2026-ci ildə üzrə Azərbaycanın xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 6 milyard manat olacaq.
Teleqraf xəbər verir ki, bu barədə, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.
Əlavə olaraq, gələn il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 milyard manat olacağı gözlənilir.
2026-cı ildə veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) isə 3 milyard manat məbləğində təsdiq edilib.