BAKI, 2 iyul. TELEQRAF

70 ədəd, hər biri 90 şagird yerlik modul tipli ümumi orta məktəbin layihə-smeta sənədlərinin hazırlanması üçün 2,8 milyon manat vəsait ayrılıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi açıq tender elan edib.

Tenderin ehtimal olunan qiyməti 2 milyon 854 min 105 manat manatdır.

Qeyd edək ki, tenderdə iştirak etmək istəyən təchizatçılar 1000 manat məbləğində iştirak haqqı ödəməlidirlər. Təkliflərin təqdim olunması və zərflərin açılış tarixi isə 30 iyul tarixinədəkdir.