BAKI, 3 mart. TELEQRAF

Azərbaycanda bu il martin 1-nə pul bazası 19 milyrad 842 milyon manat olub.

Teleqraf Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu fevralın 1-i ilə müqayisədə 282,2 milyon manat azdır.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 289,8 milyon manat və ya 1,4 faiz azdır.

Pul bazası dedikdə, pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.