
BAKI, 3 mart. TELEQRAF
Azərbaycan Mərkəzi Bankı “Baku Pay” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya verib.
Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, lisenziya Mərkəzi Bankın İdarə Heyətinin 15 yanvar 2025-ci il qərarı ilə verilib.
Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir.
Elektron pul təşkilatı elektron pulu emissiya və elektron pul ilə əlaqəli ödəniş əməliyyatlarını icra edən, eyni zamanda lisenziyasında nəzərdə tutulduğu halda digər ödəniş xidmətlərini həyata keçirmək hüququ olan hüquqi şəxsdir.