
BAKI, 3 mart. TELEQRAF
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin dəyəri 0.96% artaraq 2,875.72 ABŞ dollarına bərabər olub.
Teleqraf birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti isə 0,97% artaraq 31.800 ABŞ dolları təşkil edib.