
BAKI, 4 mart. TELEQRAF
Vaşinqton və Kiyev arasında faydalı qazıntılarla bağlı məsələ hələ də gündəmdədir.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
Tramp qeyd edib ki, sövdələşmə ABŞ üçün önəmlidir.
“Bununla bağlı danışıqlara yenidən başlamaq üçün Ukrayna Prezidenti Volodimir Zelenski nə etməlidir" - sualına Tramp belə cavab verib: “Məncə, o, daha çox minnətdar olmalıdır, çünki ABŞ hər vəziyyətdə onu dəstəkləyib”.