
BAKI, 3 mart. TELEQRAF
"Çox vacib qalibiyyət əldə etdik".
Teleqraf xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXV tur matçından sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssisin sözlərinə görə, rəqib məğlubiyyətə baxmayaraq, sonadək inamını itirməyib: "Biz də hansısa baş məşqçinin futbolçusu olmuşuq. Vaqif Cavadov vaxtilə mənim rəhbərliyim altında oynayıb. Onları hazırda lider kimi görmək mənim üçün xoşdur. Hər birinin uğuruna sevinirəm və sevinəcəyəm".
Qurbanov hələlik növbəti mövsümü düşünmədiklərini bildirib. O, heyətdə müəyyən rotasiyalar etdiyini və bununla futbolçularda inamı yüksəltməyə çalışdığını söyləyib.