
BAKI, 4 mart. TELEQRAF
Rusiyanın Rostov vilayətindəki neft kəmərində pilotsuz təyyarənin hücumu nəticəsində yanğın baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Rostov qubernatorunun müavini Yuri Slyusar məlumat verib.
O, Rostovun çoxsaylı PUA hücumuna məruz qaldığını bildirib.
Neft kəmərinə edilən hücum nəticəsində xəsarət alan olmayıb.
Ərazidə yanğınsöndürmə işləri davam etdirilir.