
BAKI, 3 mart. TELEQRAF
2025-2028-ci illər üçün vergi sisteminin inkişaf strategiyasının 4 əsas istiqaməti açıqlanıb.
Teleqraf xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov jurnalistlərə açıqlamasında bildirib.
O, 2025-2028-ci illər üçün vergi sisteminin inkişaf strategiyasının 4 əsas istiqamətini açıqlayıb. Bunlar: vergi orqanlarında insan kapitalının artırılması, dayanıqlı iqtisadi inkişafı təmin edən vergi sistemi, vergidən yayınma və "kölgə iqtisadiyyatı" ilə mübarizə, həmçinin vergi ödəyicilərinin könüllü vergi əməletmə səviyyəsinin yüksəldilməsidir.
İmanov qeyd edib ki, 2024-cü ildə vergi ödəyicilərinin 93%-i könüllü olaraq dövlət büdcəsinə ödəmə edib.