BAKI, 3 mart. TELEQRAF

Bu ilin yanvar ayında Azərbaycan banklarının mənfəətdən vergiləri 23,7 milyon manat təşkil edib.

Teleqraf bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 milyon manat çoxdur.

Ancaq 2024-cü ilin dekabrı ayı ilə müqayisədə 2,6 dəfə azdır. Dekabrda banklar 62 milyon manat mənfəət vergisi ödəmişdilər.

Ötən il isə, banklar 294,3 milyon manat vergisi ödəyiblər.