BAKI, 3 mart. TELEQRAF

"Morgan Stanle"y Çin’in kömür bazarındakı təklif artıqlığına görə, kömür idxalına yenidən nəzarət edə biləcəyini bildirib.

Teleqraf "Bloomberg"ə istinadən xəbər verir ki, bank, Çin’in Ümumdünya Ticarət Təşkilatına bağlı olduğu üçün tam qadağa qoyulmasının çətin olduğunu, amma rəsmilərin idxala gecikmə və ya nəzarət tətbiq edərək idxalları azalda biləcəyini bildirib. Oxşar tədbirlər 2014, 2017 və 2018-ci illərdə də tətbiq olunub.

Qeyd edək ki, Çin, 2022-ci ilə qədər kömür idxalını 300 milyon tonla məhdudlaşdırmışdı, amma son illərdə enerji təhlükəsizliyi narahatlıqları səbəbindən bu səviyyəni keçərək 2023-cü ildə rekord səviyyədə 543 milyon ton kömür idxal edib.