QUBA, 3 mart. TELEQRAF

Martın 1-də 2-ci Liqada mübarizə aparan "Quba Haypers" - "Şəmkir" komandalarının oyununda xoşagəlməz hadisə yaşanıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, qonaq komandanın 2:1 hesablı qələbəsinin rəsmiləşdiyi Quba Olimpiya Kompleksinin stadionunda oğurluq hadisəsi olub.

Matç zamanı "Şəmkir"in heyətində meydana daxil olmaq istəyən 21 nömrəli futbolçu Məmməd Məmmədovun geyimi yoxa çıxıb.

Ehtiyat forması olmadığı üçün 20 yaşlı Məmmədov meydana çıxa bilməyib.

Qərb təmsilçilərinin məşqçilər korpusu, administratoru hadisə barədə AFFA nümayəndəsini məlumatlandırıb.