
BAKI, 3 mart. TELEQRAF
"Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan əmlakları satışa çıxaracaq.
Əmlak Məsələləri Dövlət Xidmətindən Teleqraf-a verilən məlumata görə, hərracda 1 mənzil və 1 qeyri-yaşayış binasının satışı nəzərdə tutulur.
Belə ki, Bakı şəhəri, Nəsimi rayonunda 218,84 kv metr sahəsində olan mənzilin start qiyməti 450 000 manat təşkil edir. Hacıqabul şəhərində 823,5 kv metr sahəsində olan qeyri-yaşayış binası isə 144 000 min manat start qiymətlə hərraca çıxarılacaq.
Hərrac 14 mart 2025-ci il tarixində saat 11:00-da həyata keçiriləcək.
Qeyd edək ki, sözü gedən əmlaklar 2-ci dəfə 10% qiyməti aşağı salınmaqla təkrar hərraca çıxarılır. Bundan əvvəlki hərrac fevralın 27-də keçirilmişdi.