BAKI, 3 mart. TELEQRAF

Fevralda Türkiyədə istehlak qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 39,05 faiz artıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumu (TÜİK) məlumat yayıb.

Məlumata görə, ölkədə aylıq inflyasiya isə 2,27 faiz olub. Fevral ayında illik baza inflyasiyası 40,21 faiz təşkil edib.

Aylıq əsasda ən sürətli artım 9,92 faizlə təhsil sektorunda qeydə alınıb. Təhsili 4,58 faizlə mənzil, 3,17 faizlə ərzaq və spirtsiz içkilər izləyib. İllik əsasda da ən yüksək artım 94,90 faizlə təhsildə olub. Təhsildən sonra 70,81 faizlə mənzil, 45,90 faizlə restoran və otellər sektoru qərarlaşıb.

Türkiyədə illik istehsalçı inflyasiyası isə 25,21 faizə enib. Aylıq istehsalçı inflyasiyası isə 2,12 faiz səviyyəsində olub.