BAKI, 3 mart. TELEQRAF

Cəmi 39 LNG terminalı və Üzən LNG Yığma və Qazlaşdırma Qurğusunun (FSRU) fəaliyyət göstərdiyi Avropada ən yüksək qazlaşdırma qabiliyyətinə malik ölkələr 67,1 milyard kubmetrlə İspaniya, 51,3 milyard kubmetrlə Türkiyə və 48,1 milyard kubmetrlə Böyük Britaniyadır. Bu ölkələri 39,5 milyard kubmetr tutumla Fransa, 24,7 milyard kubmetrlə Almaniya və 22,5 milyard kubmetrlə İtaliya izləyib.

Teleqraf xəbər verir ki, Avropanın ümumi qazlaşdırma səviyyəsi 2024-cü ildə 334,5 milyard kubmetrə çatıb. Beləliklə, Türkiyənin Avropanın yenidən qazlaşdırma imkanlarında payı 15,3% təşkil edib.

FSRU-lar da daxil olmaqla, ən çox ehtiyatlara sahib ölkə İspaniyadır. Bundan sonra Türkiyə, Fransa, Almaniya və İtaliya yer alır.

Obyektlərin ən qədimi İtaliyada 1971-ci ildə yaradılmış və yenidən qazlaşdırma qabiliyyəti 3,5 milyard kubmetr olan "Panigaglia" LNG terminalıdır.

2022-ci ilin fevral ayında başlayan Rusiya-Ukrayna müharibəsindən sonra terminallarda ən çox tutum artıran ölkə 24,7 milyard kubmetrlə Almaniya olub.

Avropada 9 LNG terminalı layihəsi ya təxirə salınıb, ya da ləğv edilib. Bununla belə, yeni investisiyalarla Avropanın qazlaşdırma qabiliyyətinin 2025-ci ilin sonuna kimi 373,3 milyard kubmetr, 2026-cı ilin sonuna 392,8 milyard kubmetr, 2027-ci ildə isə 401,4 milyard kubmetr olacağı gözlənilir.