BAKI, 3 mart. TELEQRAF

Elm və Təhsil Nazirliyi Naxçıvan Dövlət Universiteti üçün zəruri olan təmir və tikinti materiallarının satınalınması məqsədilə tender elan edib.

Teleqraf dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin ümumi dəyəri 113.485,00 AZN təşkil edir.

Qeyd edək ki, təkliflərin son təqdim olunma tarixi martın 10-dur. Zərflərin də həmin gün açılması nəzərdə tutulub.