BAKI, 4 mart. TELEQRAF

Avropa ölkələri çox yaxşı işlər görürlər.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, son günlər Avropa ölkələrinin dörd baş naziri və beş prezidenti ilə danışdığını deyib.

“Mən onların əksəriyyətini tanıyıram – onlar mənim dostlarımdır, onlar hər şeyin yoluna qoyulmasını istəyirlər”, - Donald Tramp bildirib.

Qeyd edək ki, bundan əvvəl Tramp dəfələrlə Avropa ölkələrinin Ukraynaya dəstək vermək üçün üzərinə düşəni etmədiklərini və qitənin müdafiəsinə kifayət qədər vəsait xərcləmədiklərini vurğulayıb.