BAKI, 3 mart. TELEQRAF

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXV tur matçında qeyri-adi zədə alıb.

Bu barədə Teleqraf-a təcrübəli müdafiəçinin özü məlumat verib.

O, oyun epizodunda komanda yoldaşı Bədəvi Hüseynovla toqquşduğunu bildirib.

Hazırda zərbədən axsadığını deyən Mustafazadə durumuna tibbi müayinədən sonra aydınlıq gələcəyini söyləyib.