BAKI, 3 mart. TELEQRAF

Danimarkadan olan jurnalistlər Ukraynanın nəzarətində olan Kursk vilayətinə səfər edib və oradan reportaj hazırlayıblar.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Kopenhagendəki səfirliyi öz "Telegram" kanalında məlumat yayıb.

“Fevralın 23-də Danimarkanın "DR" dövlət televiziyası “21-ci bazar” proqramında müxbir M.Kimer və operator L.Svenssonun Ukrayna silahlı qüvvələri tərəfindən müvəqqəti işğal olunmuş Kursk vilayətinin Sudja şəhəri ərazisinə səfərləri barədə reportaj yayımlayıb”, - diplomatik nümayəndəlikdən bildirilib.

Jurnalistlər Ukrayna hökumətinin dəstəyi ilə Kurska səfər etdiklərini etiraf ediblər.

“Danimarkalı jurnalistlər Rusiya dövlət sərhədini qanunsuz keçərək cinayət törədiblər”, - səfirlik vurğulayıb.