
BAKI, 3 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskinin münaqişənin hələ də bitmədiyi barədə sözlərini “ən pis bəyanat” adlandırıb.
Teleqraf xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
"Bu, Zelenskinin verə biləcəyi ən pis bəyanatdır və Amerika buna daha dözməyəcək" - Tramp vurğulayıb.
Amerika lideri həmçinin Avropa ölkələrinin Ukrayna münaqişəsi ilə bağlı mövqeyini tənqid edərək bildirib ki, onlar ABŞ olmadan problemin öhdəsindən gələ bilməyəcəklər.