
BAKI, 3 mart. TELEQRAF
Ukraynada nizamlanma həm Kiyevin, həm də Moskvanın iştirakı ilə həyata keçirilə bilər.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyə davam etsək də, inanırıq ki, nə Rusiya, nə də Ukraynasız mümkün həll yolu tapıla bilməz”, - o, ənənəvi Ramazan iftar süfrəsi münasibətilə səfirlər qarşısında çıxışında deyib.
Ərdoğan əlavə edib ki, üç il davam edən münaqişə zamanı Ankara “ocağa benzin tökmədən" Ukrayna böhranının həllini tapmağa çalışıb.