BAKI, 3 mart. TELEQRAF

“Ermənistan nizami ordusunun tərkibində Azərbaycana qarşı müharibədə iştirak etmişəm. Bundan başqa demək istəmirəm ki, əmr nə haqqındadır, bunu hamınız bilirsiniz. Ümumiyyətlə, mən hərbi xidmətdən tərxis olunduqdan sonra ordu ilə əlaqəm olmayıb. Ailə, başqa digər səbəblərə görə istəməmişəm. Bizə ordu ilə hansısa təmaslar qurmaq qadağan olunmuşdu. Xüsusilə, Ermənistan Respublikasının baş naziri bizə kiminləsə danışmağı, kimləsə təmasda olmağı qadağan etmişdi”.

Teleqraf xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsində ifadə verəmn Qarabağdakı "qondarma respublikanın" "müdafiə naziri" olmuş Levon Mnatsakanyan deyib.

Lyova Mnaksakanyan Ermənistan nizami ordusunun tərkibində Azərbaycana qarşı müharibədə iştirakını təsdiq edib. O, 20.09.2020-ci ildə məxfi qərar verildiyini və həmin qərardan məlumatsız olduğunu qeyd edib.