
BAKI, 3 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki qızğın görüşdən sonra Ukrayna lideri Volodimir Zelenskinin istefasını istəmir.
Teleqraf xəbər verir ki, bunu CNN-ə müsahibəsində ABŞ-nin ticarət naziri Hovard Lutnik bildirib.
"Xeyr, Donald Tramp Ukrayna siyasətinə qarışmır", - Lutnik Trampın Zelenskinin istefasını istəməsi ilə bağlı suala belə cavab verib.
O bildirib ki, Trampın əsas məqsədi sülh qurucusu olmaqdır.