BAKI, 3 mart. TELEQRAF

Lənkəran şəhər işıqlandırma müəssisəsi elektrik mal-materiallarının satın alınması məqsədilə tender elan edib.

Teleqraf dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin ehtimal olunan ümumi dəyəri 426.023,90 AZN təşkil edir.

Tenderdə iştirak haqqı 350 AZN-dir.

Qeyd edək ki, təkliflərin son təqdim olunma və dəyərləndirmə tarixi aprelin 3-nə təyin olunub.

Zərflər də həmin gün açılacaq.