BAKI, 3 mart. TELEQRAF

Fransa parlamentinin sağçı Milli Cəbhə Partiyası fraksiyasının lideri Marin Le Pen Ukrayna münaqişəsinin nizamlanması üzrə Avropa ölkələrinin iştirakı ilə konfrans keçirməyi təklif edib.

Teleqraf xəbəər verir ki, bu barədə "RİA Novosti" məlumat verib.

“NATO və Aİ kimi dövlətlərüstü qurumlar olmadan sülh konfransı təşkil etmək və xalqları danışıqlar masası arxasına çəkmək lazımdır. Bölgədə sabitləşmədə maraqlı olan dövlətlər: təbii ki, Ukrayna və Rusiya, ABŞ və Fransa, Türkiyə və Almaniya, Rumıniya, Macarıstan, Polşa, Moldova, Litva, Latviya, Estoniya, Finlandiya, Slovakiya, Çexiya, İsveç, Norveç, İtaliya, Bolqarıstan da konfransda iştirak etməlidir" - partiyanın lideri deyib.

O qeyd edib ki, bu ölkələrin siyahısı tam deyil.

Deputat əlavə edib ki, Fransa qoşunlarının Ukraynaya göndərilməsi dəlilikdir.