BAKI, 3 mart. TELEQRAF

Bu il martin 1-nə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatı 10 milyard 991,8 milyon dollar olub.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, bu 1 ay əvvəl ilə müqayisədə 3,3 milyon dollar çoxdur.

Ötən ilin müvafiq ayı ilə müqayisədə isə 658,5 milyon dollar və ya 5,6 faiz azdır.