BAKI, 3 mart. TELEQRAF

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Ordubad şəhərində yerləşən “Ərbabın İş Yeri” və tarixi binanın əvvəlki vəziyyətinə qaytarılması və əsaslı təmir işlərinin görülməsi məqsədilə açıq tender elan edib.

Teleqraf xəbər verir ki, tenderin təxmini qiyməti 2 milyon 546 min 864 manat müəyyən edilib.

Tenderdə iştirak haqqı isə 1 000 AZN təşkil edir.

Qeyd edək ki, müsabiqə aprelin 10-a qədər davam edəcək.