BAKI, 3 mart. TELEQRAF

2025-ci ilin yanvarında Azərbaycanın Qazaxıstan ilə ticarət dövriyyəsinin həcmi 24,69 mln. ABŞ dolları olub.

Teleqraf xəbər verir ki, Qazaxıstandan idxalın həcmi 19 mln. ABŞ dolları təşkil edib.

Bu ölkəyə ixracın həcmi isə 5,69 mln. ABŞ dolları olub. Xarici ticarət saldosu mənfi 13,31 mln. ABŞ dollar təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın Qazaxıstan ilə ticarət dövriyyəsinin həcmi 470,45 mln. ABŞ dolları olub. Qazaxıstandan idxalın həcmi 337,33 mln. ABŞ dolları, bu ölkəyə ixracın həcmi isə 133,12 mln. ABŞ dolları təşkil edib. Xarici ticarət saldosu mənfi 204,21 mln. ABŞ dolları olub.

2023-cü il ilə müqayisədə, 2024-cü ildə Qazaxıstanla ticarət dövriyyəsi 49,75 faiz, o cümlədən idxal 56,43 faiz, ixrac isə 35,14 faiz artıb.