BAKI, 3 mart. TELEQRAF

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya və Ukrayna arasında münaqişənin həllinə kömək etməkdən çox məmnun olacağını bildirib.

Teleqraf xəbər verir ki, bunu Belarus lideri amerikalı bloger Mario Naufala müsahibəsi zamanı deyib.

"Biz əmin olmalıyıq ki, ilk növbədə atəşkəs olsun. Biz bu münaqişəni dayandırmalıyıq", - Lukaşenko vurğulayıb.

O qeyd edib ki, Ukrayna münaqişəsinə son qoymaq məsələsi yalnız ABŞ Prezidenti Donald Trampın administrasiyası sayəsində prioritet məsələyə çevrilib.