BAKI, 3 mart TELEQRAF

Martın əvvəlində Avropa İttifaqının yeraltı qaz anbarlarının doluluq səviyyəsi 38%-ə düşüb.

Teleqraf xəbər verir ki, bu, son beş ilin göstəricisindən 11,46 faiz-bəndi aşağıdır. Son istilik mövsümündə (2024-cü ilin martn 31-də) yeraltı qaz anbarlarında 58,44% doluluq qeydə alınıb.

2025-ci il martın 1-nə olan məlumata əsasən, Avropa anbarlarından qaz çəkilişi 388 milyon kubmetrə çatıb. Ümumi ehtiyatlar 42,4 milyard kubmetrə düşüb. Bu da statistik müşahidələr tarixində yeddinci maksimumdur.

Xatırladaq ki, ötən ilin dekabr ayında Avropa İttifaqı Rusiya təbii qazını 927,4 milyon avroya, mayeləşdirilmiş təbii qazı (LNG) isə 917,4 milyon avroya alıb.

Avropada istilik mövsümü 2024-cü ilin oktyabrın 29-da (son payız-qış mövsümündən 10 gün tez) başlayıb.