
BAKI, 3 mart. TELEQRAF
İstehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir.
Teleqraf xəbər verir ki, bu, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, 60 Vt və yuxarı gücə malik olan közərmə lampalarının idxalı 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarının idxalı isə 2026-cı il iyulun 1-dən qadağan olunur.
Qeyd olunur ki, dünyanın bir sıra ölkələrində müasir dövrün tələbləri və işıq texnikasının inkişaf prioritetləri nəzərə alınaraq, közərmə lampalarının istehsalı və satışı dayandırılır.
Bildirilib ki, buna səbəb onların aşağı enerji effektivliyinə malik olması və nəticədə böyük enerji sərfiyyatı ilə atmosferə daha çox istilik effekti yaradan qazların atılmasıdır. Közərmə lampalarının kompakt flüorisent (CFL) və işıq diod (LED) lampaları ilə əvəz edilməsi tövsiyə olunmuş, lakin artıq bəzi ölkələrdə tamamilə LED lampalarına keçid hədəflənib.
LED, CFL və közərmə lamplarının texniki və iqtisadi səmərəsinin istehlakçı nöqteyi nəzərindən müqayisəsi nəticəsində (cədvəl 1) müəyyən edilib ki, 15000 saat istehlak müddəti olan 1 ədəd LED lampa 17 ədəd 1000 saatlıq közərmə lampasını əvəz edə bilər və bu, lampa xərcində orta hesabla 2 dəfədən, elektrik enerjisi xərcində isə 8 dəfədən çox fərq verir.
15000 saat xidmət müddəti üçün lampa növləri üzrə enerji sərfiyyatı
Göstərici |
Közərmə lampası |
CFL |
LED |
Xidmət müddəti, saat |
1,000
|
8,000
|
15,000 |
Lampanın gücü, Vatt |
60 Vt |
14 Vt |
7 Vt |
Əvəzlənən lampaların sayı |
17 |
2 |
1 |
Cəmi enerji istehlakı, kVt.st |
900 |
210 |
105 |
Həmçinin vurğulanıb ki, 60 Vt gücündə 1 milyon közərmə lampasının istifadəsi nəticəsində illik istehlak olunan elektrik enerjisi və bu enerjinin istehsalına sərf olunan yanacaq, habelə karbon emissiyasının miqdarı hesablanmış və LED lampa ilə müqayisə edilmişdir.
Göstərici |
Közərmə lampası üzrə |
LED üzrə |
Lampa sayı, ədəd |
1,000,000 |
1,000,000 |
Bir lampanın gücü, Vt |
60 |
7 |
Cəmi illik enerji istehlakı, mln. kVt.st |
131.4 |
15.33 |
Qaz sərfi, mln. m3 |
29.1 |
3.39 |
Karbon emissiyasının həcmi, min ton |
63.6 |
7.4 |
Əlavə edilib ki, 1 il ərzində istifadə olunan 1 milyon közərmə lampaları 131.4 mln. kVt.st elektrik enerjisi istehlak edir və bu həcmdə enerjinin istehsalı üçün 33.23 min ton şərti yanacaq (29.1 mln. m3 təbii qaz) istehlak olunur. Bu isə nəticədə 63.6 min ton karbon emissiyası deməkdir. Həmin közərmə lampaları LED lampları ilə əvəz olunduğu halda tələb olunan elektrik enerjisinin istehsalı, ona sərf edilən yanacaq və emissiyanın miqdarı 8.6 dəfə azalacaq.
Əhali kateqoriyasından olan mövcud 2.7 milyon abunəçinin 50%-nin közərmə lampasından imtina edərək LED lampası istifadəsinə keçdiyi fərz edildiyi halda, həmin abunəçilər tərəfindən gün ərzində işıqlandırma məqsədilə elektrik enerjisi istehlakının 4.86 milyon kVt.st-dan 567 min kVt.st-a (hər abunəçi üzrə ortalama 10 lampa və lampanın günlük istismar müddəti 6 saat nəzərə alınmaqla) enməsi ilə enerji səmərəliliyi təmin ediləcək.
Layihədə vurğulanır ki, Azərbaycanda idxal olunan közərmə və LED lampalar üzrə aparılan araşdırma onu göstərir ki, 2017-2022-ci illərdə ölkəyə idxal olunan közərmə lampaları üzrə azalma, LED lampaları üzrə isə artım kimi müsbət tendensiya müşahidə olunur. Lakin közərmə lampaları idxalda hələ də kifayət qədər üstün həcmə malikdir.
Azərbaycana idxal olunan közərmə və LED lampalarına dair statistika (2017-2022), min ədədlə:
|
Malın adı |
2017 |
2018 |
2019 |
2020 |
2021 |
2022 |
853922 |
Gücü 200 Vt-dan çox olmayan və 100 V-dan çox gərginliyə hesablanmış közərmə lampaları |
25593.3 |
29479.43 |
26645.56 |
25224.28 |
21490.82 |
17611.17 |
853929 |
Digər közərmə lampaları |
2795.86 |
7716.06 |
7714.94 |
4582.84 |
4816.7 |
6549.03 |
853950 |
Işıq saçan diod lampaları (LED) |
-* |
1555.87 |
7981.19 |
8109.92 |
8820.93 |
4325.66 |
Azərbaycana idxal olunan közərmə və LED lampalarının dəyəri (2017-2022), min ABŞ dolları ilə
|
Malın adı |
2017 |
2018 |
2019 |
2020 |
2021 |
2022 |
853922 |
Gücü 200 Vt-dan çox olmayan və 100 V-dan çox gərginliyə hesablanmış közərmə lampaları |
2832.13 |
3346.15 |
2900.67 |
2792.59 |
2319.09 |
2367.83 |
853929 |
Digər közərmə lampaları |
758.52 |
1717.83 |
1640.91 |
926.45 |
984.92 |
1634.46 |
853950 |
Işıq saçan diod lampaları (LED) |
-* |
1231.95 |
4122.47 |
3434.38 |
4066.31 |
1707.63 |
Sənəddə o da öz əksini tapıb ki, közərmə lampalarından imtina edildiyi halda LED lampaların qiymətinin közərmə lampalarından yüksək olduğunu nəzərə alaraq, ilk ildə idxal dəyərində artıma gətirmə ehtimalı olsa da sonrakı dövrlərdə LED lampaların növündən asılı olaraq közərmə lampaları ilə müqayisədə xidmət müddətinin yüksək olması idxal həcmlərində və dəyərində kəskin azalmalara gətirib çıxarcaqdır. Digər tərəfdən, közərmə lamplarından imtina LED lampaların yerli istehsalçılarına da dəstək olacaq.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2021-ci ildə təsdiq etdiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda istinad edilmiş normativ sənədlərdə yer alan “Təbii və süni işıqlandırma normaları”nda közərmə lampalarından istifadəyə bəzi məhdudiyyətlər qeyd olunsa da, onun istifadəsinə dair qadağalar yoxdur.
Sonda bildirilib ki, közərmə lampalarının Azərbaycanda qadağan olunması həm istehlakçılara, həm də ölkə iqtisadiyyatına faydalar gətirməklə emissiyaların azaldılmasına və bununla Paris Sazişinə əsasən Azərbaycan Respublikasının götürdüyü Milli Səviyyədə Müəyyən Edilmiş öhdəliklərin yerinə yetirilməsinə, eləcə də 2023-cü ildə Dubayda keçirilmiş COP28 zamanı ölkəmizin qoşulduğu “Bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi Qlobal Vədi”nə öz töhfəsini verəcəkdir.
Məsələ martın 3-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə çıxarılıb.