
2016-cı ilin Aprel döyüşlərində Ermənistan qondarma rejimi silahla təmin edib.
Teleqraf xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsində ifadə verəmn Qarabağdakı "qondarma respublikanın" "müdafiə naziri" olmuş Levon Mnatsakanyan deyib.
O, ifadəsində daha sonra göstərib: “Mənim 2016-cı il əməliyyatlarına cəlb olunmağıma zərurət olmayıb. Əgər olsaydı təbii ki, cəlb olunacaqdım. Bir çox taktiki, kəşfiyyat silahları və radio elektron qurğularımız var idi ki, onlardan Ermənistanda da olub və biz o silahları Ermənistandan almışıq. Nəhayət onu bildirmək istəyirəm ki, əgər yuxarı komandanlıq bizə nəsə verirsə, biz onun üçün ştat ayrımalıyıq və heyət cəlb etməliyik”.