BAKI, 3 mart. TELEQRAF

Beynəlxalq vəziyyətə görə, BMT Təhlükəsizlik Şurasının üzvlərindən biri veto hüququna malik İslam ölkəsi olmalıdır.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Ramazan ayında iftar süfrəsində səfirlər qarşısında çıxışı zamanı deyib.

"BMT Təhlükəsizlik Şurasında veto hüququ olan bir İslam ölkəsinin olması indi sadəcə zərurət deyil, məcburi şərtdir. Biz görürük ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü gücü bölüşdürmək əvəzinə, gücün təmərküzləşməsi yolu ilə təzyiqlər tətbiq edərək problemləri həll etməyə çalışırlar", - Türkiyə lideri bildirib.

O qeyd edib ki, özlüyündə problemlər yaradan qlobal sistem əvəzinə, daha əhatəli qlobal struktur yaradılmalıdır.

"Dünya əhalisinin dörddə birini təşkil edən müsəlmanlar indi qərarvermə proseslərində layiq olduqları kimi təmsil olunmalıdırlar", - Ərdoğan əlavə edib.