BAKI, 3 mart. TELEQRAF

"MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsində 4,98 ha torpaq sahəsində yaşayış kompleksinin tikinti layihəsinin hazırlanması ilə bağlı açıq tender elan edib.

Teleqraf xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 619 min 513 manatdır.

Müsabiqədə iştirak haqqı isə 650 AZN təşkil edir.

Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi aprelin 4-dür. Zərflərin də həmin gün açılması nəzərdə tutulur.