BAKI, 17 fevral. TELEQRAF
2024-cü il ərzində Azərbaycanın Belarus ilə ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ilə nisbətdə 41,9 faiz artaraq 506,1 milyon dolları üstələyib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, Azərbaycandan Belarusa ixrac 48,4 milyon dollar (52,4 faiz artım), Belarusdan Azərbaycana idxal isə 457,6 milyon dollar (40,9 faiz artım) təşkil edib.
2024-cü ilin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Belarus ilə ticarətin payı 1,06 faiz təşkil edib.