BAKI, 27 yanvar. TELEQRAF

Azərbaycanda karate və döyüş sənətləri sahəsində tanınmış, əməkdar məşqçi və idman xadimi Mirəli Seyidov 69 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinin məlumat yayıb.

O, uzun sürən xərçəng və şəkərli diabet xəstəliyindən sonra dünyasını dəyişib.